Tələbə Həmkarlar İttifaqı Komitəsi  Novruz bayramı münasibəti ilə “BAHAR kuboku” adlı intellektual yarış təşkil edib.



Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Gənc İntellektlər klubunun təşkilatçılığı ilə ADPU-nun 402 nömrəli auditoriyasında Novruz bayramına həsr olunmuş “BAHAR” kuboku yarışı keçirilib. “Bahar Kuboku” yarışını ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Turan Kərimli və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov izləyiblər. Turan Kərimli yarışdakı tələbələrlə həmsöhbət olub onlarla öz xatirələrini bölüşüb. Yarışmada “Nə?, Harada? Nə Zaman?” oyunu üzrə ümumilikdə universitetin 60 tələbəsi 10 komanda tərkibində iştirak edib. Yekun nəticə olaraq “Cesi Dostları” komandası qalib gəlmişdir. “Master class” komandası II, “Paskal” komandası III yerin sahibi olub.

Bununlada “Bahar kuboku” yekunlaşıb və qaliblər diplomla təltif olunmuşdur.
#ADPUThik #Adpu #Thik @adpu_thik 

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo