Pedaqoji Universitetdə anım tədbiri:

ADPU-da Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş “Xocalının səsi” adlı anım tədbiri keçirilib

Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalının səsi” adlı anım tədbiri keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalıda həlak olmuş soydaşlarımızın və Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edib və bildirib ki: 
“Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır. Həmin o dəhşətli gecədə Xocalı  şəhəri tamamilə  məhv  edilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər dinc sakin əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.”
Tədbirdə Xocalı faciəsi ilə bağlı müxtəlif videoçarxlar təqdim edilib.
Anım mərasimində Riyaziyyat fakültəsi tələbələrinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuş “Bitməyən kədər” və “Zülmətdən işığa” ədəbi-bədii kompozisiyalar təqdim olunub və müxtəlif şeirlər səsləndirilib.
IMG_7429.jpeg 51.12 KB

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo