“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edilib. Qaliblərlə görüş zamanı AHİK sədri onları qazandıqları bu nailiyyət münasibətilə təbrik edib. Sədr, Azərbaycanın gələcəyi olan gənclərin layiqli vətəndaş kimi yetişməsində təhsilin rolundan danışaraq qeyd edib ki, Azərbaycanda təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. Mütəmadi olaraq təhsil işçilərinin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilir. Onlara müxtəlif fəxri adlar verilir, sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır. Bir neçə gün öncə Zəfər Gününün qeyd edilməsini xatırladan S.Möhbalıyev bildirib ki, Azərbaycanın 44 günlük zəfər savaşında yüzlərlə təhsil işçiləri də silaha sarılaraq döyüşlərdə iştirak edib, müxtəlif orden və medallarla təltif ediliblər. 20 nəfər təhsil işçisi isə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib: “Bu onu göstərir ki, təhsil işçilərimiz həm övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əmək sərf edir, həm də lazım gələndə əlinə silah alaraq torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qoşularaq canını fəda edir. Biz hər birimiz belə Azərbaycan oğulları ilə fəxr edirik”. 
S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir. 

Sonra AHİK sədri müsabiqənin qalibi olmuş təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib. 

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo