BMU-nun rektoru Havar Məmmədov ATİAHİ-nin 100 illiyi ilə əlaqədar  “Yubiley döş nişanı” ilə təltif olunub
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.

Mükafat Havar Məmmədova ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə keçirilən görüşdə təqdim edilib.

Təqdimetmə mərasimində çıxış edən M. Cəfərzadə deyib ki, təmsil etdiyi qurum təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların istirahətlərinin təşkilində mühüm rol oynayır.  O universitetin həmkarlar ittifaqı komitəsinin fəaliyyətinə verdiyi dəstəyə görə, Havar Məmmədova  təşəkkürünü bildirib.

H. Məmmədov ona göstərilən etimada və diqqətə görə, AHİK-in rəhbərliyinə minnətdarlığını ifadə edib. Universitet haqqında ətraflı məlumat verən Havar Məmmədov eyni zamanda BMU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv fəaliyyətinə toxunub. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən rektor BMU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo