Azərbaydan Dövlət Pedaqoji Universitetində “Kimya Gecəsi” keçirildi



Mayın 3-də Azərbaydan Dövlət Pedaqoji Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Kimya Gecəsi” adlı tədbir keçirilib.
Universitetin böyük zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və M.Rahim adına 7 saylı məktəbin şagirdləri iştirak edib.
Kimya gününə həsr olunmuş sərgidə Fakültənin müəllim, tələbələri və 7 nömrəli məktəbin şagirdləri tərəfindən “Qara barut , Fildişi məcunu , üçrəngli bayraq, süini qan , süini vulkan, yanar su, sehirli buxar” reaksiyalar nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb və vətənimiz uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanıb.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı dos.R.Ağayeva gələn tələbə və müəllim heyətinə təşəkkürünü bildirib.
Bədii hissənin açılışı M.Rahimov adına 7 nömrəli məktəbin şagirdləri xorda ifa edərək  edib.
Tələbələrin hazırladıqları səhnəciklər   və rəqslər iştirakçılara xoş təsir bağışlayıb. Sonda tədbirdə musiqili qonaqlar öz mahnıları ilə çıxış ediblər.

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo