AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binası təmir olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Şuranın sədri İlmir İsmayılov binada yaradılan şəraitlə bağlı AHİK sədrinə məlumat verib.

Bildirib ki, binanın bütün otaqları yüksək standartlara uyğun təmir edilib, müasir texniki avadanlıqlarla təchiz olunub, əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Otaqlara baxış keçirən S.Möhbalıyev yaradılmış şəraitdən razı qaldığını  bildirib və kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo