AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in digər rəhbər şəxsləri yanvarın 20-də – Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo