Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kiçik zalında Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Əsrin Faciəsi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent, Tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov öz çıxışında Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib.
Daha sonra Xocalı faciəsində baş vermiş hadisələri tələbələrlə bölüşmüş, ermənilərin törətdikləri faciədən ətraflı söz açmış, həmçinin ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin texnalogiyası kafedrasının baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd etmişdir.
Sonda Kimya və biologiya fakültəsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.
Görüş diskussiya ilə davam etmişdir.