Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 19 oktyabr tarixindən etibarən “Tələbənin Tələbəyə Dəstəyi” adlı layihə həyata keçirilir. Layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və əylənərək öyrənmələri üçün əlverişli mühit yaratmaqdır.
Layihə çərçivəsində müxtəlif sahələr üzrə təlimlər təşkil edilir:
• Rus dili dərsləri - İlqar Nəbiyev, Fatimə Əhmədzadə və Nuray Baxışlı tərəfindən,
• İngilis dili dərsləri - Məryəm Axundova tərəfindən,
• Gitara dərsləri - Aslan Xudaverdiyev tərəfindən,
• Skripka dərsləri - Cəmilə Məmmədova tərəfindən,
• Piano dərsləri - Rəfiqə Zeynallı, Leyla Kərimli və Naidə Qasımova tərəfindən,
• Rəsm dərsləri - Xədicə Cabarova tərəfindən keçirilir.
Layihəyə böyük maraq göstərən tələbələrin sayı 600-dən artıqdır. Layihənin sonunda isə bütün iştirakçıların qatılacağı “Yaradıcılıq Gecəsi” adlı xüsusi tədbir keçiriləcək.