ADPU-da Ümummilli lider Heydr Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol yarışları yekunlaşıb

Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və təşkilatçılığı ilə fakültələr arasında təşkil olunmuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirilən oğlanlararası və qızlararası voleybol yarışları yekunlaşıb. Yarışda 9 fakültə üzrə  qızlararasında 8 komanda, oğlanlararasında 9 komanda iştirak edib.
Qızlararası yarışda finalda birinciliyi Fizika fakültəsi, ikinciliyi Riyaziyyat fakültəsi üçüncülüyü İbtidai təhsil fakültəsi qazanıb.
Oğlanlararası yarışda birincilik Tarix və coğrafiya fakültəsinin, 2-ci yer İncəsənət və fiziki tərbiyə fakültəsinin , 3-cü yer isə Kimya və biologiya fakültəsinin olub.
Mükafatlandırılma mərasimində Ümumi işlər üzrə prorektor Tural Cəlilov, Rektorun müşaviri Ümid Mehdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri dos.V.R.Məmmədov və fakültə dekanları iştirak edib.

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo