ADPU-da Tələbə Təşkilatlarının Formu keçirilib
Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə tələbə təşkilatlarının forumu keçirilib. Fakültəyə yeni qəbul olunmuş tələbələrin universitetin ictimai-sosial həyatı haqqında məlumatlılığının artırılması və təkliflərinin dinlənilməsi məqsədi ilə təşkil olunan forumda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d. Könül Həsənova, universitetdəki tələbə təşkilatlarının rəhbərləri və Filologiya fakültəsinin birinci tədris ili tələbələri iştirak ediblər. 
Əvvəlcə 19-20 sentyabr tarixlərində müzəffər Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatlarında canını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub. Daha sonra açılış nitqi ilə çıxış edən dekan müavini Könül Həsənova Filologiya fakültəsinin uğurlarından danışaraq qeyd edib ki, bu gün də Filologiya fakültəsi yeni tələblərini qarşılayır. Bu tələbələrin hər biri ölkəmizin gələcəyi, fakültənin gələcək uğurlarıdır. Ardınca ictima fəaliyyətin tələbələr üçün əhəmiyyəti vurğulanıb.
Tədbirdə ADPU THİK sədr müavini Cəmilə Qurbanova təşkilat haqqında geniş məlumat verərək öz nitqində “Universitetin İLK ictimai təşkilatının ƏN böyük tələbə kontingentinə sahib olduğunu vurğulamış əlavə olaraq ADPU THİK-in tələbələrə sosial aspektdə dəstək olacaq YEGANƏ təşkilat olduğunu bildirmişdir.”

Bizimlə əlaqə

+994 12 498 09 63

adpu-thik@atiahi.org

Üzeyir Hacıbəyli, 68, Bakı, Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo